"Deyirdi ki, boşanacağam, öldürdü" - Azərbaycanda dəhşətli ölüm hadisəsi (Video)
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, dərdini danış” sosial kriminal layihədə daha bir cinayətin təfərrüatları bəlli olub. Ötən həftə Hikmət Qənbərəliyevin müəmmalı ölümü ilə bağlı İmişlidə olan teleaparıcı ölüm hadisəsinin baş verdiyi məkandan görüntülər tamaşaçılara təqdim etmişdi.
Minval.info xəbər verir ki, hikmətin ailəsi iddia edir ki, onun ölümündə həyat yoldaşı Xəyalə Qənbərəliyevanın əli var. İddialara görə, Hikmət qısa vaxtda arvadından boşanacaqmış.
Ötən gün cinayətdə günahlandırlan qarşı tərəf Xəyalə xanım və ailəsi verilişdə iştirak ediblər. Xanım hadisəni olduğu kimi danışmaqla bərabər Hikmətin öldürülməsi versiyasını da inkar etmir:
“Biz xoşbəxt yaşayırdıq. Mən demirəm öldürülməyib. Amma mənim ərimlə heç bir problemi yox idi..”
Qeyd edək ki, dəfələrlə Amil Xəlilin verilişində işıqlandırlan cinayət faktları hüquq mühafizə orqanları tərəfindən yenidən araşdırılıb.
Xatırladaq ki veriliş həftə içi hər gün saat 16:00 da Space Tv-də yayımlanır.
Minval.info
https://www.youtube.com/watch?v=9mrua9jgzvA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ata oğlunu öldürdü
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - Foto
Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü
Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı
