Devalvasiya həyəcanı – ekspertdən təhlükə barədə xəbərdarlıq - VİDEO
Azərbaycan manatının kursunun uzun müddət stabil qalması iqtisadiyyat üçün xoş olmayan prosesdir.
Minval.İnfo xəbər verir ki, bu barədə iqtisadçı ekspert İlham Şaban açıqlamasında bildirib. Onun sözlərinə görə, bu təcrübə vaxtilə ölkə üçün pis nəticələnib.
“Martın 7-dən Azərbaycan manatının kursu dəyişmir. Valyuta bazarında manatın dollara nisbətən kursu 1.70 AZN qalmaqdadır. Əgər biz faktiki olaraq nəzər salsaq, ötən ilin aprel ayının əvvəlindən bu kurs davam edir. Təbii ki, neft gəlirlərinin artması səbəbindən manatın kursu stabil qalıb. Lakin manatın dollara nisbətən kursunun stabil qalması yaxşı əlamət deyil. Biz bu təcrübəni bir dəfə keçdik. Faktiki olaraq Azərbaycan manatının kursu 10 il ərzində stabil olaraq qaldı. Qeyri neft sektorumuz ixracyönümlüdür. Bu zaman ölkə valyutasının stabil qalması yerli istehsalçılar üçün yaxşı heç nə vəd etmir”, – deyə İ.Şaban bildirib.
Ekspert deyir ki, burada çıxış yolu yumuşaq valyuta siyasətini həyata keçirtməkdir: “Bu zaman yumuşaq inflyasiya lazımdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sürücülərin nəzərinə! Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
İnsanlar işğaldan azad olunan ərazilərə necə keçir? - AÇIQLAMA
Bu da əməkdar artistin milyonluq villası - VİDEO
Əbülfəs Qarayev BMT-nin nümayəndəsi ilə görüşüb
Sabah Bakıda 15 dərəcə isti olacaq
30 avqustda gözlənilən hava şəraiti
