Deputat: “Toylara icazə verilməsə, ciddi problemlər yaşanacaq”
Sərt qapanma əhalinin müəyyən təbəqəsinin yoxsullaşmasına gətirib çıxaran amillərdən biridir.
Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, bayram günlərində vətəndaşların bölgələrə gediş-gəlişinə şərait yaradılmalıdır:
“Pandemiya ilə mübarizəmiz hələ də davam edir. Hər nə qədər yumşaldılmalar tətbiq olunsa da, qapalı qalan yerlər də var. Həmçinin karantin davranış qaydalarına əməl edilməsi üçün qanunvericiliyə də dəyişikliklər edilib.
Qaydaların pozulmasına görə cərimələr artırılıb, sosial məsafəyə əməl edilməsi tələb edilir. Hesab edirəm ki, sərt qapanmaya getmək sahibkarlar və vətəndaşlar üçün ciddi problemlər yarada bilər. Biz bütün təbəqələri düşünərək və bayram günlərində daxili turizmi də nəzərə alaraq insanların bölgələrə getməsinə imkan yaratmalıyıq. Bu, həm Bakının yükünün azalmasına, həm də yerlərdə iaşə obyektlərinə nəzarət güclənməsinə səbəb olacaq”.
Millət vəkili onu da qeyd edib ki, toylarla bağlı qadağa götürülməsə, gələcəkdə ciddi sosial demoqrafik problem yarana bilər:
“2020-ci ildə 34 min nikah bağlansa da, 14 min boşanma prosesi baş tutub. Bu, 3 nikaha 1 boşanma düşməsi deməkdir. Bu hal ciddi sosial demoqrafik problem yaradır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kremldən İlham Əliyev və Paşinyanın Moskva görüşü ilə bağlı AÇIQLAMA
Brüssel görüşünün DETALLARI – Liderlər bu məsələdə razılığa gəldilər
Gözəllik salonları işləyəcək
Polislər bəraət alan şəxsi yenidən saxlayıb? - Açıqlama - VİDEO
Sabah bağlanacaq yolların - Siyahısı
Rəsədxana: Qasırğa şəraiti müşahidə oluna bilər