Deputat: Mənim deməyimlə sərhədlər açılan deyil
“Ölkə rəhbərliyi 6 aylığın yekunu ilə bağlı müşavirədə birmənalı olaraq dedi ki, quru sərhədlərimiz bağlıdır və belə olması lazımdır. Çünki biz əhalimizin təhlükəsizliyinin qeydinə qalırıq. Bu barədə ölkə Prezidentindən yüksək səviyyədə münasibət bildirən olmayacaq idi ki”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, görülən tədbirlər millətimizin, ölkəmizin təhlükəsizliyinin təminatı üçündür:
“Məsələn, dünən Türkiyə ilə bağlı məlumat getdi ki, bir neçə gün ərzində Türkiyədə xəstəlik birdən-birə 40 dəfədən çox artıb. 40 dəfə! İndi, deyənlər var ki, təyyarə ilə gedib-gələndə xəstəlik olmur, yerlə yedib-gələndə xəstəlik olur? O olur, bu olur. Düzdür, əhalini də qınamaq olmur, hamı istəyir ki, gediş-gəliş asan olsun, özünün imkanlarına uyğun olsun, çətinlik olmasın.
Deputat quri yolunun açılmasının tərəfdarı olduğunu deyib:
“Mənim də bir vətəndaş kimi istədiyim odur ki, əhalimizin gediş-gəlişində problem olmasın. Ancaq burada mənim, ya qeyrisinin deməsi ilə ya sərhəd bağlanan deyil, ya da açılan deyil. Bu sahəyə məsul olan qurumlar var. Yəqin ki, o qurumlar müəyyən aydınlaşdırmalar aparırlar, müəyyən qərar gəlirlər. Bu barədə də ölkə başçısına məlumat verilir, müvafiq qərar çıxarılır ki, açılsın, ya yox. Hesab edirəm ki, nə tədbirlər görülürsə, hamısı xalqımızın, millətimizin, ölkəmizin təhlükəsizliyinin təminatı üçündür”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda uşaq bezlərinin yerli istehsalına start verildi
Azərbaycanda bakalavr təhsili üçillik ola bilər
Keşlədə nəqliyyat məhdudiyyəti: Sürücülərə alternativ yollar!
Birbank əməliyyatları Milliön terminallarında komissiyasız!
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı
Buraxılış imtahanının nəticələri açıqlandı!