Deputat icra başçılarını qınadı
“Sahibkar artıq bankla sərbəst işləməlidir. Bank yalvarır ki, gəl sənə aşağı faizlə kredit verim. Çox təəssüf ki, ölkədə biz bu məsələni həll edə bilməmişik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov Sahibkarlar Gününə həsr olunan konfransda çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, 10 min dollara qədər olan kreditlərlə bağlı Prezident 682 milyon manat vəsait ayırıb: “Ölkədə 32 bank var, aldığım məlumata görə, 5-ə yaxın bank oradan kifayət qədər böyük vəsaitlər götürüb. İndi görək həmin banklar aldıqları vəsaitlər hesabına sahibkarla üçün kredit faizlərini aşağı salacaq? Biz o bankların adını bilirik. Niyə bu gün banklar real sektorun inkişafı üçün maliyyə qoymur? Sadəcə alverlə məşğuldur”.
Mülkiyyətin toxunulmazlığı məsələsinə toxunan millət vəkili bununla bağlı sahibkarlardan xeyli şikayət aldığını vurğulayıb:
“Biz bu gün mülkiyyətin toxunulmazlığını təmin edə bilmirik. İstənilən icra başçısı gəlib sahibkarın mülkiyyətinə maneə törədə bilər. Bununla bağlı yüzlərlə şikayət alırıq. Ölkədə sahibkarlığın inkişafı üçün xeyli şərait yaradılır, ancaq müəyyən problemlər var. Gömrük sahəsində sahibkar 40%-dən vergi ödəyir ki, bu da böyük rəqəmdir. Məhkəmə hüquq sistemində gedən islahatları böyük maraqla izləyirik və bu sahədə çətinliklərin aradan qaldırılmasını gözləyirik”.
Minval.info
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026