Deputat: "Binamız əxlaqsızlıq yuvaya çevrilib"
Millət vəkili Tahir Kərimli yaşadığı binanın əxlaqsızlıq yuvasına çevrilməsindən şikayətlənib.
ONA-nın məlumatına görə, bu barədə o, parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı bildirib.
Tahir Kərimli deyib ki, bir müddət öncə qanunvericiliyə çoxmənzilli binaların müəyyən qisminin hostellərə çevrilməsi istiqamətində dəyişiklik edildi: “İndi biz bunun acı nəticəsini yaşamaqdayıq. Hamı sözünü deputata deyir, bəs deputat üzləşdiyi problemi kimə deməlidir? Bu gün mənim yaşadığım binada kimlərsə binanın yarısını hostelə çevirməklə, orada insan alveri, əxlaqsızlıq yuvaları yaradırlar. Bununla da olan-qalan abrımızı itiririk. Müraciət etmədiyimiz yer qalmayıb, amma nəticəsi yoxdur. Odur ki, binanın sakinləri oradan köçmək məcburiyyətindədir. Buna bir çarə qılınsın və qarşısı alınsın”.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi