07.07.2018 - 10:15
İdman 3 baxış

DÇ-2018: İsveçin qələbə arzusu, Xorvatiya ev sahiblərinə qarşı - YENİLƏNİR

Bu gün dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, bununla növbəti yarımfinalçılar müəyyənləşəcək.

Baş tutacaq iki qarşılaşma eyni zamanda yarımfinalda növbəti cütlüyə aydınlıq gətirəcək.

Mundialın sürpriz komandalarından olan İsveç İngiltərə sınağına çıxacaq. Dünya çempionatını qazanmağı qarşısına məqsəd qoyan ingilislər rəqibin sensasiya etməsinə imkan verməməyə çalışacaq. Skandinav komandasının məqsədi isə növbəti sensasiya ilə azarkeşlərini sevindirməkdi.

1/8 finalda İspaniya kimi nəhəng komandanı sıradan çıxaran Rusiya yoluna davam etmək niyyətindədi. Güclü yarımmüdafiə xəttinə malik Xorvatiya isə ev sahiblərini də mübarizədən kənarlaşdırmaqda qərarlıdı.

Dünya çempionatı

1/4 final

7 iyul

18:00. İsveç – İngiltərə

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Samara. “Kosmos Arena”

22:00. Rusiya – Xorvatiya

Baş hakim: Sandro Rikki (Braziliya)

Soçi. “Fişt” stadionu

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: