"Davam" və Sağlam Ailə Tibb Mərkəzi əməkdaşlıq sazişi imzalayıb
1 aprel 2021-ci il tarixində “Davam” Gənclər Hərəkatı və Sağlam Ailə Tibb Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb.
“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və Sağlam Ailə Tibb Mərkəzinin icraçı direktoru Nigar Rüstəmli tərəfindən imzalanan saziş əsasında hərəkatın üzvü olan gənclərin inkişafı və maariflənməsi istiqamətində müxtəlif layihələr həyata keçiriləcək.
Görüş zamanı “Davam” Gənclər Hərəkatının sədri hərəkat haqqında danışaraq qeyd edib ki, hərəkat yeni olmasına baxmayaraq, üç minə yaxın gənci öz ətrafında birləşdirərək onların inkişafı üçün gözəl imkanlar yarada bilib. Bu imkanlar çərçivəsində gənclər həm öz asudə vaxtlarını səmərəli dəyərləndirir, həm də maraqları olan sahələr üzrə maariflənərək ideoloji sağlam gənclik kimi yetişirlər.
Öz növbəsində çıxış edən Sağlam Ailə Tibb Mərkəzinin icraçı direktoru Nigar Rüstəmli bildirib ki, fəaliyyət göstərdiyi 18 il ərzində daima gənclərin inkişafına, sağlamlığına və maariflənməsinə xüsusi diqqət ayıran Sağlam Ailə Tibb Mərkəzi bu dəfə də öz növbəsində “Sağlam gənclik, sağlam gələcək” şüarı ilə davamçı gənclərlə müxtəlif mövzulu görüşlər təşkil edəcək və onlar üçün xüsusi imkanlar yaradacaqdır.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026



