"Davam" və Nizami Kino Mərkəzi kino günləri keçirir
Ötən il olduğu kimi “Davam” Gənclər Hərəkatı tərəfindən Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq yenidən “ZəfərimİZ” adlı kampaniya başladılıb. Kampaniyanın keçirilməsində məqsəd şanlı Zəfər yolumuzun tanıdılması, gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi və onların asudə vaxtının səmərəli keçirilməsinə töhfə verməkdir.
Kampaniya çərçivəsində “Davam” Gənclər Hərəkatı və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı ilə kino günlərinə start verilib. Cari ilin oktyabr-noyabr aylarını əhatə edəcək film seansları hər həftənin çərşənbə günü saat 15:00-da Nizami Kino Mərkəzində baş tutur. Qeyd edək ki, giriş ödənişsizdir.
Kino günləri çərçivəsində Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edən “Dolu” filmi və Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş, 50 ildən sonra doğma Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən danışan “Yarımçıq xatirələr” filmi nümayiş olunub. Qeyd edək ki, ötən dövr ərzində ümumilikdə 200 gənc kino günlərində iştirak edib.
Növbəti film seanslarına əsasən, 19 oktyabr tarixində “Nabat”, 26 oktyabr tarixində “Üçüncü günün adamı”, 2 noyabr tarixində isə “Yalan” filmi göstəriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan sülh danışıqları fonunda hərbi büdcəni artırır
Bakıda qolları olmayan körpə: Ana imtina etdi
Bakıda avtobus parkı 2500-ə çatır!
Biləcəridə çörək zavodunda ciddi nöqsanlar aşkarlandı
Zubir "Qarabağ"a geri dönür?
Gəncədə abadlıq işlərinə 4,7 milyon manat ayrıldı
Bərdə icra başçısından tələbəyə xüsusi jest!