"Davam" "New Media Hub" layihəsinin ikinci mövsümünə start verdi - FOTO
“Davam” Gənclər Hərəkatı “New Media Hub” layihəsinin ikinci mövsümünə start verib.
Layihənin əsas məqsədi gənc jurnalistlərin və jurnalistika ixtisasına marağı olan gənclərin peşəkar bacarıqlarının artırılmasına dəstək olmaq, yeni medianın imkanlarından səmərəli istifadə olunması ilə bağlı maarifləndirmə işi aparmaqdır.
Layihə çərçivəsində gənclər qeyri-formal təhsil metodikası ilə müxtəlif təlim, seminar, praktik görüşlərdə iştirak edəcəklər.
“Davam”ın sosial media hesabları üzərindən verilən ictimai elanlar nəticəsində qısa müddət ərzində 700-dən çox gənc layihədə iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. Seçim mərhələsinin yekununda 30 nəfərlik iştirakçı qrupu seçilərək formalaşdırılıb.
Bu günə qədər platforma çərçivəsində artıq 4 təlim baş tutub. Bu təlimlərdə təlimçi qismində iştirak edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər tərəfindən “Dünəndən bu günə Azərbaycan mediası”, “Azxeber.com” İnformasiya Portalının baş direktoru Əfsələddin Ağalarov tərəfindən “Yeni mediaya başlanğıc və sosial şəbəkələrdə düzgün işin qurulması”, REAL Tv-nin əməkdaşı İsmayıl Yaşaroğlu tərəfindən “İnformasiya cəbhəsinin əsgərləri”, əməkdar jurnalist, professor Qulu Məhərrəmli tərəfindən “Cəmiyyət necə dürüst məlumatlandırılmalıdır?” mövzularında interaktiv təlimlər keçirilib.
Ekspertlər gənclərlə təcrübələrini bölüşüb, onlara jurnalistika və informasiya mühiti ilə bağlı bir sıra faydalı məsləhətlər veriblər. Diskussiya şəraitində baş tutan təlimlər zamanı iştirakçıların mövzularla əlaqədar çoxsaylı sualları cavablandırılıb və fikirləri dinlənilib.
“New Media Hub” platforması 2021-ci ildə fəaliyyətə başlayıb və gənc jurnalistlərin, o cümlədən jurnalistikaya marağı olan gənclərin formalaşması prosesinə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilir.












Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“60 ilin adamı” – Rauf Arifoğlu haqqında sənədli film təqdim olunur - VİDEO
Rauf Arifoğlu Prezident İlham Əliyevə təşəkkür etdi
Rauf Arifoğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
"Səs" qəzeti fəaliyyətini dayandırır
Saytlara maliyyə dəstəyinin məbləği 2 min manat artırılıb