"Davam" Gənclər Hərəkatı Ümummilli Liderlə bağlı silsilə tədbirlər həyata keçirib
“Davam” Gənclər Hərəkatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər həyata keçirilib.
Baş tutan tədbirlər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Mingəçevirdə təşkil olunan Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Prezident kuboku” reaqatasının ikinci günündə 100-dən çox gəncin iştirakıyla fləşmob təşkil olunub. Fləşmob zamanı davamçılar tərəfindən rabitəli düzülüş nəticəsində 99 ədədi formalaşdırılıb.
10 may tarixində “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının rəhbərliyi ilə hərəkatın katibliyi və 200-dən çox davamçı gənc Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin məzarı önünə əklil qoyub, əziz xatirəsini ehtiramla anıblar.
Daha sonra “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi baş tutub.
Paralel olaraq 10 may səhər saatlarından etibarən “Twitter” sosial media platforması üzərindən “Heydər Əliyev 99” adlı kampaniyaya start verilib. Kampaniya çərçivəsində 200-dən çox gənc #HeydarAliyev, #HeydərƏliyev99, #davam2022 həştəqləri ilə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif tvitlər paylaşıb. Bu tvitlər yarım milyondan çox istifadəçiyə çatıb və istifadə olunan həştəqlər Azərbaycan seqmentində “Twitter” gündəmi olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
Qara dənizdə dron hücumu: Azərbaycanlılar hədəf alındı
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir




