"Davam" Gənclər Hərəkatı şəhidlərlə bağlı sosial media kampaniyası başlatdı
“Davam” Gənclər Hərəkatı #ŞəhidimİZ heşteqi ilə sosial media kampaniyası başladıb.
2-3 fevral tarixlərində “Davam” Gənclər Hərəkatı tərəfindən “Twitter” sosial şəbəkəsi üzərində həyata keçirilən kampaniya çərçivəsində 150-dən çox gəncin iştirakı ilə 10000-ə yaxın paylaşım edilib.
#ŞəhidimİZ heşteqi ilə edilən bu paylaşımlarda şəhidlərimiz və onların qəhrəmanlıqları haqqında məlumatlar qeyd olunub.
“İlin ən qürur duyulası gənclərini – şəhidlərimizi tanımaq və tanıtmaq hər birimizin vətəndaşlıq borcudur. Bütöv #VətənimİZ naminə həyatlarını yarım qoyan hər bir #ŞəhidimİZ bizim üçün əziz, müqəddəsdir. Kampaniyanın əsas məqsədi də Vətən uğrunda canlarını qurban verərək əbədiləşən şəhidlərimizi tanımaq və onları gənclər arasında da tanıtmaqdır”, – deyə “Davam” Gənclər Hərəkatının yaydığı məlumatda bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?