Daşaltı əməliyyatından 26 il ötür
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 26 il ötür.
Minval.info xəbər verir ki, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.
Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.
Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.
Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.
Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.
Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib.
Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.
Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx