06.08.2026 - 13:12
İqtisadiyyat 34 baxış

Danimarka şahzadəsi tarix yazdı: Qadınlar üçün yeni hərbi çağırışın öncüsüdür

Danimarka şahzadəsi İzabella, ölkədə qadınları da əhatə edən yeni məcburi hərbi xidmət proqramı çərçivəsində 11 aylıq hərbi xidmətə başlayıb. Bu proqram çərçivəsində şahzadə, Slagelse şəhərində yerləşən Antvorskov hərbi bazasında xidmətə qatılıb.

Minval.info xəbər verir ki, 19 yaşlı İzabella, Danimarkada qadınları da daxil edən yeni məcburi hərbi xidmət sisteminə qoşulan ilk çağırış qrupunun üzvlərindən biridir. Proqram, 5 aylıq baza hazırlığı və 6 aylıq əməliyyat xidmətindən ibarətdir.

Danimarka, təhlükəsizlik şəraitindəki dəyişikliklərə cavab olaraq məcburi hərbi xidmət müddətini 4 aydan 11 aya qədər uzadıb və bu sistemi qadınları da əhatə edəcək şəkildə genişləndirib. Kral Sarayı, şahzadənin xidmət müddətində maaş və gündəlik müavinətdən imtina etdiyini və bütün xərclərinin ailəsi tərəfindən qarşılanacağını açıqlayıb.

Qeyd edək ki, şahzadə İzabella, Danimarka kral ailəsində yeni məcburi hərbi xidmət proqramı çərçivəsində rəsmi hərbi hazırlıq keçən ilk qadın üzv kimi tarixə düşüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: