Daha bir neçə yol bağlanır - Vaqif Əsədovdan alternativ yollar
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
“Bu gün səhər saat 09:00-dan başlayaraq 13:00-dək Bakı-Salyan yolunun 14-cü km-dən, yəni Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib. Həmçinin bu məhdudiyyət saat 16:00-dan 20:00-dək tətbiq olunacaq. Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairəni dövr etməklə şəhərin mərkəzinə doğru hərəkət marşrutu nəzərdə tutulub.
Salyan şosesi ilə hərəkət edən velosipedçilər isə Bibiheybət məscidi – Bakı Su İdman Sarayı – Bayraq Meydanının yanından keçməklə, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermontov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələri ilə hərəkət edərək yenidən Bakı-Salyan yolu ilə Velopark istiqamətində dövr edəcəklər”, – deyə V.Əsədov qeyd edib.
Bölmə rəisi alternativ yol kimi Bakı-Salyan yolunun 14-cü km-dən üçüncü kənar dairəvi yola keçməklə Badamdar qəsəbəsinin küçə və prospektləri – Mikayıl Müşfiq, Qurd Qapısı dairəsi, Mətbuat prospekti, eləcə də Yasamal rayonu ərazisinə düşən küçə və prospektlərin – Z.Bünyadov, Tbilisi, İnşaatçılar və digər yolların müəyyən edildiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təzə 10 manatı mağazada saxta pul bildilər
Bu gün “Son zəng”dir
Yağış, qar yağacaq - Sabahın HAVASI
Ağstafada TIR 28 yaşlı qızı vurdu
"Qarabağ"ın sponsoru milyonları əsirgəmədi
İstifadəyə yararsız çimərliklərin - Adları
“Mavi ölüm” təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ