Daha bir mətbuat xidmətinin rəhbəri işindən ayrıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnolgiyalar Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova işindən çıxıb.
Bu barədə o, məlumat verib.
“2018-ci ildən fəaliyyət göstərdiyim və mənə çox doğma olan BBAK ilə yollarımız ayrılır. Hər birinizə dost münasibət, sıx əməkdaşlıq üçün təşəkkür edirəm. Ümid edirəm aramızda anlaşılmazlıq olmayıb. Ünvanladığınız sorğulara, müraciətlərə əlimdən gəldiyi qədər tez münasibət bildirməyə çalışmışam. Buna ən böyük səbəb isə mediaya dost, bütün məsələlərə diqqətlə yanaşan və müsbət həllinə çalışan rəhbərlə çalışmağım olub. Əməyinə dəyər verilməsi möhtəşəm hissdir.
Nəqliyyatda 8 il. Bütün rəhbərlərimə təşəkkür etmək istəyirəm. Çünki mən bu sahədə böyüdüm, çox şey öyrəndim.
Dostlar, heç nə bitmir, yolumuz uzundur. Əməkdaşlığımıza qaldığımız yerdən davam edəcəyik.
Bundan sonra fəaliyyətimə Odlar Yurdu Universitetinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam edəcəyəm. Təhsilin həyatımızda, məqsədlərimizə gedən yolda rolu əvəzsizdir. Bu yolda az da olsa qatqım olacaqsa nə gözəl. Mənə göstərdikləri etimad çox dəyərlidir. Fəaliyyət göstərəcəyim müddətdə bu etimadı doğrultmağa və əlimdən gəldiyi qədər faydalı olmağa çalışacağam”, – o deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir