Daha 65 nəfərdə koronavirus aşkarlandı - 2 nəfər vəfat etdi, 54 nəfər sağaldı
Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 54 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
“Minval.info” xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1961-ci il təvəllüdlü iki nəfər vəfat etmişdir.
Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1789 nəfər müalicə olunaraq sağalmış, 35 nəfər vəfat etmiş, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 208.546 test aparılmışdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?