"Dəvət etsələr, Türkiyədəki böhranı durduraram" - Azərbaycanlı alim

Azərbaycanın iqtisadçı alimi Qubad İbadoğlu Türkiyədəki böhranla bağlı özünün fikirlərini açıqlayıb.
Minval.info xəbər verir ki, azərbaycanlı alimin fikrincə, sürətli tədbir görülməsə, Türkiyə iqtisadiyyatı yaxın günlərdə çökəcək.

Qubad İbadoğlu yazır ki, Türkiyədə lirənin sürətlə dəyər itirməsinin başlıca səbəbi maliyyə-kredit və bank siyasətinin düzgün qurulmaması və çevik iqtisadi qərarların gecikdirilməsi ilə bağlıdır: “Əgər rəsmi dəvət alsam, qardaş ölkənin iqtisadiyyatını böhrana doğru gedən yoldan geri qaytarmağa töhfə verə bilərəm. Əks təqdirdə, siyasi bəyanatlar dayandırılmazsa, eləcə də adekvat iqtisadi qərarlar qəbul olunmazsa yaxın 10 gündə Türkiyə iqtisadiyyatı çökə bilər. Türkiyənin zəifləməsi bütövlükdə bölgənin maraqlarına, ayrılıqda isə Azərbaycanın mənafeyinə uyğun deyil”.
Göründüyü kimi, Q. İbadoğlu bu problemin həllində Türkiyəyə öz köməyini də təklif edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Kasetin o biri üzü
Prezident İlham Əliyevin də olduğu şəkil: Paşinyan yoxa çıxdı - ŞOK FOTO
Tənqidləri ilə diqqət çəkən aparıcı istefa verdi - Video
Məşhur gitaraçını ehtiyatsızlıqdan öldürən oğlu həbs edildi
Paşinyanın yerini tapan azərbaycanlı - VİDEO