Dələduz Ədalət Mustafayev Azərbaycana gətirildi
Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib. Minval.info xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Ədalət Fərman oğlu Mustafayevin ekstradisiyası haqqında qərar qəbul edilib.
Belə ki, Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ədalət Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Ədalət Mustafayev Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gədəbəydə 53 yaşlı kişi bıçaqlanaraq öldürüldü
Rasim Həsənovun azadlığına qarşı protest verildi
Ağdamda ailədaxili münaqişə faciəyə səbəb oldu
Göyçayda narkotik yetişdirən şəxs həbs edildi
Saxta şirkət dəstəsinin məhkəməsi başladı: Milyonlar mənimsənilib
Məleykə Abbaszadədən tələbələrə müstəqil düşüncə çağırışı
Qafqaz mafiyası lideri İsraildə qətlə yetirildi