"Dəfələrlə qaçdım, döyüb geri qaytarırdı" — 12 yaşında ana olan Aysun - VİDEO
Minval.info baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri 12 yaşında ana olduğunu deyən Aysun efirdə səsləndirib.
Aysun atılmış uşaqdır. Kiçik yaşlarında övladlığa verilib. 11 yaşında valideynlərinin doğma olmadığını öyrənib və tez-tez evdən qaçmağa başlayıb. 12 yaşı tamam olanda sosial şəbəkədə tanış olduğu 20 yaşlı qız onu gecə klublarının birinə ofisiant işinə düzəldib. İşə başlayanda vəzifəsinin tam fərqli olduğunu başa salıblar. Aysun dəfələrlə oradan qaçsa da, onu tapıblar və döyərək geri qaytarıblar. Ona saxta şəxsiyyət vəsiqəsi düzəldərək bir neçə dəfə Türkiyəyə aparıblar. Bir müddətdən sonra İsmayıl adında 25 yaşlı gənclə tanış olub, onunla bərabər yaşamağa başlayıb. Yenə də gecə klublarında işləyib. Sadəcə başqa gecə klubunda. Aysun hazırda həmin İsmayılla da əlaqəsini olmadığını deyir.
Yeniyetmə qız aparıcının suallarını qorxa-qorxa cavablandırıb və bir neçə dəfə çox qorxduğunu deyib.
Aysunun bütün söylədikləri ilə bağlı Respublika Prokurorluğuna müraciət edəcəyini bildirib.
Xatırladaq ki, Xəzər TV-də yayımlanan “Səni axtarıram” proqramında doğma valideynlərinin axtarışına çıxan 14 yaşlı Aysun haqqında şok faktlar ortaya çıxıb. Yeniyetmə qız telekanaldan çıxarkən naməlum şəxslər təxminən 2 yaşlarında olan uşağı onun qarşısına qoyaraq sahib çıxmasını tələb ediblər. Həmin gündən sonra Aysun günlərlə yoxa çıxıb və efirə gəlməkdən imtina edib. Nəhayət srağagün verilişin sonunda efirə gəlib. Dünənki verilişdə üstüörtülü olsa da, bəzi məqamları açıqlayıb. Aysun özü də həmin uşağın anası olduğunu təsdiqləyir. Onun sözlərinə görə, uşaq 2018-ci ilin fevral ayında doğulub. O, uşağı dünyaya gətirərkən özündə olmadığı üçün xəstəxananın adını və harada yerləşdiyini bilmədiyini deyib.
Ekspertlər onun 12 yaşında ana olduğuna inanmaq istəməyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurasının yeni üzvləri açıqlandı
Modern.az 17 ildir oxucularla birlikdə!
İTV 21 yaşını qeyd edir
Jurnalistlər haqqında yanlış xəbərlər etiraz doğurdu
Mais Ağayev bu tv-yə rəhbər təyin olundu
Space TV-də yeni yüksək vəzifə təyinatı
Çimərliyə gedənlərin nəzərinə
