Cüdoçularımız Polşadan 7 medalla qayıtdı
Azərbaycanın yeniyetmə cüdoçuları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turnirdə böyük uğur əldə ediblər. Onlar 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq, ümumilikdə 7 medalla vətənə dönüblər.
Minval.info xəbər verir ki, U18 yaş kateqoriyasında mübarizə aparan idmançılarımızdan Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) qızıl medal qazanıblar. Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medalla mükafatlandırılıblar.
Qeyd edək ki, bu beynəlxalq turnirdə 23 ölkənin təmsilçiləri iştirak edib və U16 və böyüklər kateqoriyalarında da mükafatçılar müəyyənləşəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026