03.10.2026 - 08:39
Cornell Universitetində təcavüz iddiası ABŞ-ı sarsıtdı
Hadisə 5 baxış

Cornell Universitetində təcavüz iddiası ABŞ-ı sarsıtdı

ABŞ-ın Cornell Universitetindəki Chi Phi kişi tələbə klubu binasında 19 oktyabr 2024-cü il gecəsi bir tələbə qızın narkotik təsiri altında bir neçə kişi tərəfindən cinsi təcavüzə məruz qaldığı iddia olunur. Jane Doe təxəllüsü ilə 16 sentyabr 2026-cı ildə məhkəmə işi açan tələbə, hadisə zamanı alkoqol və ketaminin təsiri altında olduğunu və razılıq vermək qabiliyyətinin olmadığını bildirib. O, hadisəni 8 noyabr 2024-cü ildə universitet polisə xəbər verib.

Minval.info xəbər verir ki, hadisədən sonra Chi Phi-nin kampusdakı bölməsi bağlanıb, hadisədə adı keçən yeddi tələbədən ikisi universitetdən qovulub, ikisi ən azı iki semestrlik uzaqlaşdırılıb, biri məzun olduğu üçün ona qarşı tədbir görülməyib, ikisi isə cinsi sui-istifadan məsul tutulmayıb.

Prokurorluq yeni məlumatlar əsasında istintaqın yenidən açılacağını və uyğun ittihamların müəyyən edilməsi halında işin böyük münsiflər heyətinə təqdim edilə biləcəyini bildirib.

Faiilləri məktəb qəzeti tapdı

Hadisədən sonra məktəb qəzeti The Cornell Daily Sun-ın müxbiri Cereese Qusba, təcavüz qurbanı ilə əlaqə saxlayaraq təxminən 23 ay ərzində hadisəni izləyib. Tələbənin 16 sentyabrda məhkəmə işi açmasından sonra qəzet, 18 sentyabrda yayımladığı araşdırma xəbərində hadisənin təfərrüatlarını və hələ cinayət ittihamı ilə üzləşməyən yeddi kişi tələbənin adlarını yayımlayıb. Jane Doe-nun universitet və tələbə klublarına açdığı hüquq işinin ilk məhkəmə iclası 23 oktyabrda keçiriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: