“Çöl adamı” artıq "Xəzər TV"də olmayacaq
Xəzər Televiziyasında Kamal Dənizin “Çöl adamı” verilişinin yayımı dayandırılıb.
Minval.info xəbər verir ki, “Yenicag.az”a açıqlama verən Kamal Dəniz xəbəri təsdiq edib:
“Bəli, aprelin 15-dən verilişin yayımı dayandırılıb. Amma çəkilişlərimiz davam edir. Hazırda Şəmkir rayonunda çəkilişdəyik. Bu veriliş müəllif layihəmdir. Azərbaycan tarixi, milli mətbəxi, mədəniyyəti, təbiətini əks etdirən və təbliğ edən verilişdir. Kifayət qədər tamaşaçı kütləsi var. Tamaşaçılar yaxın vaxtlarda Xəzər Televiziyasında olmasa da, başqa telekanalların birində verilişi izləyə biləcəklər”.
Aparıcı verilişin yayımının hansı səbəbdən dayandırılmasına belə aydınlıq gətirib: “Yeni format təklif olundu, qəbul etmədim. Ərizəmi yazıb işdən çıxdım”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir