Cocuq Mərcanlıda əsgər şəhid olub? - Nazirlikdən rəsmi açıqlama

Cocuq Mərcanlıda Azərbaycan ordusunun əsgərinin şəhid olması xəbətinə Müdafiə Nazirliyindən rəsmi açıqlama gəlib.
Yenicag.az xəbər verir ki, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında əsgərin şəhid olmadığını bildirib. O qeyd edib ki, Hümbətov Aqilin həlak olması ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, bu barədə Bizimyol.info saytı daxil olan məlumata əsasən xəbər yayıb. Məlumatda bildirilib ki, 18 mart 2019-cu il tarixdə Şəki rayon Çay Qaraqoyunlu kəndindən hərbi xidmətə çağırılmış Hümbətov Aqil Vüqar oğlu cəbhənin Cocuq Mərcanlı kəndi istiqamətində səngərdə düşmən tərəfdən açılmış atəş nəticəsində şəhid olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib