Çobanlar arasında it üstündə düşən mübahisənin qanlı sonluğu

Bakı Ağır Cinayətlər Məhkəməsində it üstündə çoban yoldaşını öldürən şəxsin məhkəməsi başlayır.
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən Bünyatov Natiq Şirinbala oğlunun məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 11-də hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək.
Belə ki, 2018-ci ilin yanvar ayında Şamaxıda qətl hadisəsi baş verib. Hadisə rayonun Acıdərə qəsəbəsi ərazisindəki fermada qeydə alınıb. Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bunyatov Natiq Şirinbala oğlu rayon sakini Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində N.Bünyatov odlu silahla Z.Hacıyevi güllələyib. Çox keçməyib baş verən silahlı insidentin təfərrüatı məlum olub. Qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Bunyatovun itini öldürüb. Bunu görən N.Bunyatov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Bunyatov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb. Z.Hacıyev hadisə yerində ölüb.
N.Bunyatov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4.-cü (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?