"GTA"nın arxasındakı qadın: milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
Dünyanın ən məşhur oyunlarından biri olan “GTA 6”-nın yaradıcıları Sem və Den Houser qardaşlarının uğur hekayəsinin arxasında maraqlı bir məqam dayanır. Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, onların cinayət mövzulu oyun dünyasına ilham verən şəxs aktrisa anaları Geraldine Moffat olub. Aktrisanın 1971-ci ildə çəkilmiş “Get Carter” filmindəki rolu, eləcə də “The Sweeney” və “Coronation Street” seriallarındakı çıxışları qardaşlara ciddi təsir göstərib. Maraqlıdır ki, Moffat sonradan oğullarının yaratdığı oyun dünyasına da qoşulub. O, “GTA 5”-də cinayətkar Trevor Filipsin anasını səsləndirib.
Qardaşlar 1998-ci ildə “Rockstar Games” şirkətini qurmaq üçün ABŞ-a köçüblər. Şirkətdə biznes məsələlərinə Sem, yaradıcı ssenarilərə isə Den rəhbərlik edib.
Qeyd edək ki, “GTA 6” oyunu satışa çıxarıldığı ilk gündə 3,79 milyard dollar gəlir əldə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da Demokratlar 1992-dən bəri ən böyük qələbəni qazandı
Böyük Britaniya və Aİ arasında yeni iqtisadi anlaşma müzakirə olunur
ABŞ-dan Ukraynaya dəstək mesajı: Vaşinqton yeni strategiyasını açıqladı
Süni intellekt səyahət və turizmi necə dəyişəcək?
ABŞ və İran arasında gərginlik artdı, Liviya BMT-yə şikayət etdi
1,3 milyon miqrant Avropa İttifaqına üz tutacaq
Fransada prezidentliyə namizəd Ruffin yarışdan çəkildi