Çində "tualet inqilabı" başa çatdı, yenisinə start verdilər - Foto
“İki kərpic, bir deşik, çuxurda qaynaşan həşəratlar və kəskin üfunət iyinə tualet deyilir”
Çin prezidenti Xi Jinping 2015-ci ildə ölkədə “tualet inqilabi”nın başlandığını elan etdi. Plana görə inqilab 3 il davam etməliydi. Etdi də. Amma Çin bununla kifayətlənmədi. Yenidən 3 illik tualet inqilabına start verdi.
İlk baxışda qəribə görünə bilər. Ancaq tualet məsələsi bir çox Asiya ölkəsində ciddi problem sayılır. Məsələn, Hindistanda rəsmi statistikaya görə, 600 milyon insanın tualetdən istifadə etmək üçün imkanı yoxdur. Bu məsələdə də Çin Hindistandan önəmli şəkildə irəlidədir. Amma Çində də tualetlə bağlı xoşagəlməz durum mövcuddur.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Vəziyyətin necə olduğunu təsəvvür etmək üçün Çinin rəsmi media orqanlarına nəzər salaq. Yazırlar ki, Çində tualet adına olan şey əslində “iki kərpic, bir deşik, çuxurda qaynaşan həşəratlar və kəskin üfunət iyidir”.
Çin 2015-ci ildə başlayan “üç illik tualet planı”na uyğun olaraq 70 mindən çox tualet tikdi, özü də son dərəcə modern üslubda. 2020-ci ilə qədər də əlavə 64 min tualet tikiləcək.
Çinin cənub-qərbində yerləşən Chongqing şəhərindəki tualetlər isə başqa bir aləmdir. Orada siz mobil telefonu şarj edə bilərsiz, içəridə televizor, Wi-Fi-yə giriş və su fəvvarələri var. Belə tualetlərin biri 100 min dollara başa gəlir.(musavat)


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar