Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə Tayvana səfərinə görə sanksiya tətbiq edib.

Musavat.com xəbər verir ki, sanksiya tədbirləri onun ailə üzvlərinə də şamil olunub.

Çin Xarici İşlər Nazirliyi Nensi Pelosinin Çinin bəyanlarına və ÇXR-in özünün hesab etdiyi Tayvan adasına səfərinə sərt etirazlarına məhəl qoymadığını vurğulayıb.

Qeyd edək ki, Pelosi son 25 ildə Tayvana səfər edən ən yüksək səviyyəli ABŞ nümayəndəsi sayılır.

Bundan əvvəl Çin hökuməti spikerin hərəkətlərinə etiraz olaraq ABŞ səfiri Nikolas Börnsü çağıraraq rəsmi etirazı ona təqdim edib.

Musavat.com