Çin Azərbaycana dəmir yolu xətti çəkməyi planlaşdırır
Qazaxıstandan keçməklə Mərkəzi Asiya ölkələrinə və Avropaya artıq iki dəmir yolu xətti çəkilib
Minval.İnfo “Azərtac”a istinadən xəbər verir ki, Çin Aktaudan və ya Atıraudan keçməklə Azərbaycana dəmir yolu xətti çəkilməsi məsələsini gözdən keçirir.
Bu barədə Çin Xalq Respublikasının (ÇXR) Qazaxıstan Respublikasındakı səfiri Çjan Hanhuey mətbuat konfransında bildirib.
Diplomat Çinin Mərkəzi Asiyada böyük planları olduğunu və bunların həm ÇXR-ə, həm də Mərkəzi Asiya ölkələrinə fayda gətirəcəyini qeyd edib. Çjan Hanhuey bildirib: “Özbəkistandan və Qazaxıstandan keçməklə Türkmənistandan Çinə çəkilmiş qaz boru kəməri Honkonqa çatıb. Bu, dünyada ən uzun qaz boru xətti və ən mürəkkəb mühəndis sistemidir. Biz bunu etdik və məhz bu, müasir İpək Yoludur”.
Diplomat, həmçinin əlavə edib ki, Qazaxıstandan keçməklə Mərkəzi Asiya ölkələrinə və Avropaya artıq iki dəmir yolu xətti çəkilib. Səfir deyib: “Bunun ardınca Türkmənistandan və Türkiyədən keçməklə Yaxın Şərqə, daha sonra Aktaudan və ya Atıraudan keçməklə Azərbaycana dəmir yolu xətti çəkilməsi imkanlarını öyrənəcəyik. Bundan ötrü texnologiya mövcuddur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı