Çimərliyi hasarlayan "Sədərək"in rəhbəri haqqında gözlənilməz qərar
Bakı Apellyasiya Məhkəməsində məşhur iş adamı, “Sədərək” ticrarət mərkəzinin sahibi Yusif Qədimbəylinin cərimələnməsi barədə qərarın ləğv edilməsi ilə bağlı qərardan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən şikayətə baxılıb.
Minval.İnfo “report”a istinadən xəbər verir ki, hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda Nəsimi Rayon Məhkəməsinin qərarı ləğv edilib.
İş yenidən baxılması üçün birinci instansiyaya qaytarılıb.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi Y.Qədibəyli barəsində İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsi ilə protokol tərtib edib.
Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.
Y.Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirləmdirilir.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Bu əmələ görə, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.
Nəsimi Rayon Məhkəməsi cərimə qərarını ləğv edib. Bu qərardan Dövlət Komitəsinin verdiyi apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb.
Qeyd edək ki, Yusif Qədimbəyli “Sədərək” ticrarət mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər “Xəyal” adlanıb) regional telekanalının sahibidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var