CBC telekanalının 8 əməkdaşı koronavirusa yoluxub
COVID 19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə CBC TV-nin əməkdaşları planlı surətdə tanınmış klinikaların birində koronavirusuna dair test analizi veriblər.
Bu barədə “Report”a telekanaldan məlumat verilib.
Bildirilib ki, şirkətin 200-dək əməkdaşı arasında yalnız 8 nəfərdə testin cavabı pozitiv olub.
“Həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər. CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq. Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur. Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVİD 19-a qarşı test analizi verməsi planlaşdırılıb”, məlumatda bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir