Çay qiymətinə görə başlayan mübahisə davaya çevrildi: Şirvanda gənc ofisiantın aqibəti
Şirvan şəhərində yerləşən bir çay evində mübahisə nəticəsində dava baş verib.
Hadisə “Xəmsə” çay evində baş verib. 2007-ci il təvəllüdlü Nicat adlı şəxs, Adəm adlı müştəri ilə qiymət məsələsinə görə mübahisə edib. Müştəri çayın qiymətinin 1 manat olduğunu iddia edərkən, Nicat bunun 2 manat olduğunu bildirib. Bu sözlərdən sonra mübahisə daha da qızışıb.
Minval.info xəbər verir ki, mübahisə zamanı Nicat Adəmin sifətinə başı ilə zərbə endirərək ona xəsarət yetirib. Nəticədə, Nicat Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə ittiham olunub.
Nicatın izahatına görə, o, tanışı Namiqin xahişi ilə bir günlük çay evində işləməyə razılaşıb. O, mübahisə zamanı Adəmin ona qarşı nalayiq ifadələr işlətdiyini və bunun nəticəsində əsəbiləşdiyini bildirib.
Adəm isə hadisə zamanı Nicatın ona qarşı nalayiq ifadələr işlətdiyini və fiziki təcavüz etdiyini iddia edib. O, hadisədən sonra polisə müraciət edib.
Şirvan Şəhər Məhkəməsi Nicatı 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Bu müddət ərzində Nicatın Şirvan şəhərini tərk etməsi və müəyyən saatlarda yaşayış yerini tərk etməsi qadağan edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
78 yaşlı kişi nəvəsinin sevgilisini bıçaqladı: dəhşətli hadisə
Oğuzda narkotik ticarəti ilə məşğul olan şəxslər saxlanıldı
Məşhur manyak Çikatilonu ifadə verməyə nə məcbur etdi?
Gəlinini bıçaqlamaqda ittiham olunan şəxs təcridxanada vəfat etdi
Vüsal Şilderin qətli: cinayətin qiyməti 1000 manat olub?
Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Sumqayıtda keçmiş yeznəsini aldatdı, məhkəmə qərarı verildi