Cavid Qurbanov vuruldumu? - Əvəz Zeynallıdan şok açılqama
“Cavid Qurbanovla bağlı verilən qərar onun vurulmasına oxşamır”.
Musavat.com xəbər verir ki, bu sözləri bu gün TV Müsavatın efirində yayımlanan “Canlı debat” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı aparıcı Sevinc Telmanqızının sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, C.Qurbanova verilən səlahiyyətlər var: “Əvvəl yalnız dəmir yolunu dağıdırdı, amma indi digər sahələri də dağıdacaq: dənizi, oranı-buranı. Bütün nəqliyyat sistemi Cavid Qurbanova həvalə olunur. Çox qəribə bir sistemdir: Cavid Qurbanovla bağlı bu yaxınlarda maraqlı bir hadisə baş verdi. İşçiləri etiraz aksiyası keçirdi idarənin qabağında. Çünki maaşları 370 manatdan 140 manata düşmüşdü. Bu, sensasiyalı bir xəbər idi. Mən düşündüm ki, hökumət Cavid Qurbanovu tikə-tikə edəcək. Amma başımızın tacı, qürurumuzdu hökumət. Cavid Qurbanovu gətirdilər hara… “
Ə.Zeynallı xatırladıb ki, “inqilab öz övladlarını yeyir” tezisinin əksinə olaraq, Azərbaycanda hakimiyyət öz övladlarını (məmurlarını) yemir: “O məmurlar hər zaman hakimiyyətin himayəsindədir. Hakimiyyət mesaj verir ki, mən bunları işdən çıxardım, amma bunlar mənim himayəmdədir, mənlikdi. Himayədə olmayanları isə tuturlar”.
Açıqlamanın video versiyası ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.
https://www.youtube.com/watch?v=Rt2eWx_Uh40
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...