Çatdırılma xidmətlərinə yenidən icazə verildi
İyulun 5-i ləğv olunan bir qrup onlayn satış mağazasının işçilərinin icazəsi yenidən bərpa olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli yayıb. Qeyd edib ki, dünən gecə saatlarında onun əməkdaşları ilə yanaşı, xeyli digər işçiyə də onlayn işləmək izni yenidən verilib. N. Köçərli əlavə edib ki, artıq bu gündən icazə verilənlər çatdırılmaları edə biləcəklər.
Xatırladaq ki, icazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə iyulun 5-dən etibarən Nazirlər Kabinetinin müvafiq Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrdə işçi heyətinin məhdud şəkildə işə çıxarılması tələbini pozan qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. Bildirilib ki, sistemdə edilmiş dəyişikliyə əsasən, vətəndaşlar icazə almaq üçün fəaliyyət növünün (5 rəqəmli kodunun) Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamalamaqla yenidən qeydiyyatdan keçə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Füzuli aeroportunun tikintisində son vəziyyət açıqlandı
Əfv sərəncamı 7 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub
Prezident Oqtay Əsədovun müavininə yeni vəzifə verdi - SƏRƏNCAM
Rafael Cəbrayılovun mənə 300 min borcu qalıb - ŞAHİD
Qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ