Cəriməni yerində ödəməyən şəxsi polis bölməsinə aparmaq qanunidir? - VİDEO
Avtobusda maskanı çənəsinə endirib telefonla danışarkən, polis əməkdaşı Samir Cəfərova protokol yazıb. Daha sonra cəriməni yerində ödəmək tələb olunub. Samir bundan imtina etdiyi üçün onu yaxınlıqdakı polis bölməsinə aparıblar.
Vətəndaşdan yerində ödəmə tələb etmək, bu alınmadıqda onun bölməyə aparılmasının hüquqi əsası varmı?
Nağdız hesablaşmalar haqqında qanuna əsasən inzibati cərimələrin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.
İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə görə, cərimə 30 gündən gec olmayaraq ödənilməlidir. Qanunvericilikdə cərimənin yerindəcə ödənilməsi ilə bağlı heç bir qeyd yoxdur.
Hüquqşünas Şəmsəddin Əliyev bildirir ki, vətəndaşın üzərində 100 manat olmaya bilər və buna görə polis onu bölməyə apara bilməz: “Polis maskasız şəxsə protokol tərtib edir. Protokolun bir surətini vətəndaşa verir. Vətəndaş da həmin protokola əsasən gedib o cəriməni ödəməlidir”.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Daha ətraflı İctimai TV-nin süjetində:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026