Cəlilabad sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlandı

Cəlilabad sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Minval.info-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alar kənd sakini Elçin Dadaşov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 2 ədəd patron aşkarlanaraq götürülüb. Şöbə əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə isə rayonun Göytəpə şəhər sakinləri Emin Novruzov və Tural Xanışov saxlanılıblar. Onlardan hazır bükümlərdə narkotik vasitə heroin və tiryək aşkarlanaraq aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi