Cəbhəboyu zonada yerləşən bölmələrin qışa hazırlığı yoxlanılır
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada yerləşən, dağlıq və sərt iqlim şəraitində tapşırıqları icra edən bölmələrin qış mövsümünə hazırlığını yoxlayır.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, general-mayor Qədir Nəsibovun rəhbərliyi ilə bölmələrin qışa hazırlığının vəziyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı, əsgər yataqxanalarının və müxtəlif təyinatlı digər hərbi obyektlərin isitmə sistemləri ilə təchiz edilməsi yoxlanılır.
Silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələrin mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təchiz edilməsi, həmçinin onlara planlı şəkildə qulluq göstərilməsinin səviyyəsi də nəzarətdə saxlanılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib