22.11.2026 - 10:14
Dünya bu əməliyyatdan danışır: 4 hərbçi, 7 cinayətkar öldü
Hadisə 274 baxış

Dünya bu əməliyyatdan danışır: 4 hərbçi, 7 cinayətkar öldü

Mündəricat

Meksikanın Sinaloa ştatında keçirilən xüsusi əməliyyat dünya mediasının diqqət mərkəzindədir. “Beltran Leyva” cinayətkar qruplaşmasının rəhbəri Fausto İsidoronun, yəni “Çapo İsidor” ləqəbli şəxsin saxlanılması zamanı dörd hərbçi həlak olub, yeddi qruplaşma üzvü isə öldürülüb.

Publika.az-ın məlumatına görə, Meksikanın Milli Müdafiə Nazirliyi bu barədə rəsmi açıqlama yayıb. Nazirlik qeyd edib ki, qruplaşma üzvləri rəhbərlərinin saxlanmasına mane olmaq üçün hərbçilərə silahlı müqavimət göstəriblər. Bu qarşıdurmada Meksika ordusunun dörd hərbçisi həyatını itirib. Əməliyyat zamanı səkkiz şübhəli şəxs də ələ keçirilib.

Saxlanılan əsas şəxslərdən biri olan Çapo İsidor, onun əmisi oğlu və müavini Xerman, həmçinin qruplaşmanın maliyyə əməliyyatlarını idarə edən Xose hərbi-nəqliyyat təyyarəsi ilə Mexikoya aparılaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə İxtisaslaşmış Prokurorluğa təhvil veriliblər.

Digər beş şübhəli, o cümlədən qruplaşmanın logistika işlərinə cavabdeh olan Panfilo isə Sinaloa ştatının Kuljakan şəhərindəki Baş Prokurorluğun yerli idarəsinə təhvil verilib.

Əməliyyat zamanı hərbçilər tərəfindən iriçaplı “Barrett” tüfəngi, müxtəlif kalibrli odlu silahlar, qumbaraatan, iki əl qumbarası, patron daraqları, döyüş sursatları, taktiki təchizat, narkotik vasitələr və nağd pul müsadirə edilib. Nazirliyin verdiyi məlumata görə, mülki əhali arasında xəsarət alan olmayıb.

XƏBƏRİN VİDEOSU

UNEC-in tələbəsi vəfat etdi ƏLAQƏLİ
Bunu da oxu

UNEC-in tələbəsi vəfat etdi

22.11.2026 - 14:14
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: