22.11.2026 - 14:14
UNEC-in tələbəsi vəfat etdi
Hadisə 373 baxış

UNEC-in tələbəsi vəfat etdi

Publika.az-ın məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi faciəli şəkildə həyatını itirib. “İqtisadiyyat və idarəetmə” fakültəsində təhsil alan IV kurs tələbəsi, 21 yaşlı Əziz Ağayevin vəfat etdiyi bildirilib.

Tələbənin ölüm səbəbi ilə bağlı hələlik hər hansı bir rəsmi açıqlama verilməyib. Hadisə universitet və tələbə yoldaşları arasında dərin kədər və üzüntü yaradıb.

UNEC rəhbərliyi və tələbə yoldaşları Əziz Ağayevin ailəsinə başsağlığı verərək, bu çətin günlərdə onlara dəstək olduqlarını ifadə ediblər.

Hadisənin səbəbləri ilə bağlı əlavə məlumatların yaxın zamanda açıqlanacağı gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: