Buzovnada dəniz faciəsi: Üç nəfərin həyatı təhlükədə, biri xilas edildi
Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz bir ərazidə üç nəfər boğulub. Hadisə, xilasetmə məntəqəsindən təxminən 1.3 km uzaqlıqda baş verib.
Minval.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas edilib və ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib. 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə tapılıb.
Hal-hazırda, 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları davam edir. FHN hadisə ilə bağlı araşdırmalarını sürətləndirir.
ƏLAQƏLİ
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb
Bakıda üzərindən maşın keçən ana və körpənin son durumu