Bütün Balakən bu kişini axtarır - FOTO

Minval.İnfo-nun “Report”a istinadən məlumatına görə, rayonun Püştətala kənd sakini, 1948-ci il təvəllüdlü Məhəmməd Səəddin oğlu Osmanov bu ilin martın 23-də, səhər saat 10 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun həyat yoldaşı Fatma Gondolova bildirib ki, M.Osmanov evdən çıxarkən sənədlərini və mobil telefonunu götürməyib: “Son vaxtlar yaddaş pozğunluğundan əziyyət çəkirdi.Onu heç vaxt nəzarətsiz qoymurduq. Ailəsinə, övladlarına və nəvələrinə bağlı insan idi. Evdən çıxanda onun üzərində heç pul da olmayıb”.
M.Osmanovun əlamətləri – boyu 156 sm, gözlərinin rəngi şabalıdı, saçları qısa və ağ rənglidir. Evdən çıxarkən əynində sarımtıl rəngli şalvar, sarımtıl rəngli jaket və ayağında qara rəngli rezin ayaqqabı olub.
Məlumata görə, M.Osmanov evdən çıxaraq kəndin daxili yolu ilə deyil, daha qısa olan fındıq bağları ilə hərəkət edib. İtkin düşdüyü gün onu kənd sakinlərindən birinin avtobus dayanacağında gördüyünü bildirib.
Onu görənlərdən və ya yerini bilənlərdən bu nömrə ilə əlaqə saxlamaları xahiş olunur.
+994-50-716-43-46
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı