Əbülfəz Elçibəyin yubileyi ilə bağlı mitinq keçiriləcək
24 aprel 2018-ci il tarixdə “ ƏBÜLFƏZ ELÇİBƏY-80” İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun toplantısı keçirilib.
Minval.info-ya verilən məlumata görə, toplantıda İşçi Qrup öz iş planını təsdiq edib və iş planına uyğun olaraq görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
İlkin müzakirələrin nəticəsində qərara alınıb ki, Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı təntənəli yubiley tədbirinin keçiriləcəyi yer kimi Heydər Əliyev adına Respublika Sarayının ayrılması üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilsin.
Bundan başqa, digər bir tədbirin, “Məhsul” stadionunda – açıq hava şəraitində kütləvi yubiley tədbirinin – mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi də qərara alınıb.
İclasın sonunda İşçi Qrup əsası 1999-cu ildə, Əbülfəz Elçibəy tərəfindən qoyulmuş, “24 aprel-Bütov Azərbaycan Gənclər Günü” münasibəti ilə Azərbaycan gənclərini təbrik edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"