Əbülfəs Qarayev BMT-nin nümayəndəsi ilə görüşüb
Yanvarın 28-də Mədəniyyət naziri Əbülfəs Qarayev və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti arasında görüş keçirilib.
Axşam.az xəbər verir ki, görüş zamanı təlimlər, yaradıcı sənayelər və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin BMT-nin İnkişaf Proqramının innovasiyalara dəstək üçün yeni təşəbbüsü olan “Accelerator Lab” layihəsi barəsində söhbət açılıb.
Bildirilib ki, layihənin əsas məqsədi təlimlər vasitəsilə müxtəlif formalarda olan yeni həll yollarını sınaqdan keçirmək və icra müddətini sürətləndirməkdir.
Əbülfəs Qarayev ölkəmizdə yaradıcı mədəniyyət sənayesinin inkişafı sahəsində həyata keçirilən layihələr barədə Alessandro Frakassettiyə məlumat verib.
Azərbaycanda yeni inkişaf mərhələsində olan kreativ mədəniyyət sənayesi sahəsində böyük potensialın olduğunu vurğulayan nazir bu istiqamətdə görülən işlərdə birgə əməkdaşlığın önəmindən bəhs edib.
Daha sonra 2020-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?