Büdcədəki artım aztəminatlı və çoxuşaqlı ailələrə xərclənsin - Deputat
“Aztəminatlı və çoxuşaqlı ailələrin sosial müdafiəsini artırmaq üçün hər cür zəruri addımlar atılmalıdır”.
Bu sözləri millət vəkili Asim Mollazadə Bakupost.az -a açıqlamasında deyib.
O, büdcədə artımın gözlənildiyini, bu artımın əhalinin sosial müdafiəsi istiqamətində xərclənməli olduğunu düşünür:
“Büdcə artımının sosial müdafiə üçün aztəminatlı və çoxuşaqlı ailələlərə ünvanlanmasını istərdim. Düşünürüməm ki, bu məsələyə yenidən baxılacaq. Müharibə veteranları, əlillər, şəhid ailələrinin də müdafiəsinə ehtiyac var. Bu istiqamətdə də müvafiq qərarların alınmasını gözləyirəm. Burada vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının önəmli rolu var. Bu prosesdə həm müvafiq dövlət qurumlarının işinə nəzarət, həm də işlərini təkmilləşdirmək istiqamətində yardım göstərilsə, problemlərin həlli sürətlənərdi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nömrə axtarışı üçün istifadə olunan proqramlar təhlükəlidirmi? - VİDEO
Bakıda üç məzun dənizdə boğuldu - Video (Yenilənib)
Daha 3 qazi müalicə məqsədi ilə Türkiyəyə göndərilib - FOTO
Bu gün Laçın işğaldan azad edilir
Rayonlara əlavə avtobus reysləri açılır? – Rəsmi