Bu yollar bağlıdır
“Hər il mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə ölkə əhalisi Fəxri xiyabanı ziyarət edir. Bununla əlaqədar olaraq, bu gün Fəxri xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq”.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Belə ki, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.
Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən, mənzil başına çatmaq üçün sürücülərə isə alternativ yollardan istifadə etmək tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi