Sosial mediadakı uşaqların bəziləri 10 yaşında belə olmamalarına baxmayaraq, 1 milyon dollardan artıq pul qazanırlar. Musavat.com dünya mediasına istinadən xəbər verir ki, İngiltərədəki bir platforma 2019-cu ilin ən varlı uşaqlarının siyahısını yayıb. Siyahının başında 7 yaşlı Rayan Kaji var. Oyuncaqlarla bağlı araşdırma aparan Rayanın gəliri 17 milyon sterlinqdir. Rayanın işi əslində oyuncaqlarla oynayıb, onların nə dərəcədə əyləncəli olduğunu test etməkdən ibarətdir. Bu uşaq elə bir uğur qazanıb ki, anası onunla çalışmaq üçün işindən çıxıb.

4 yaşında kazandıkları para dudak uçuklattı

16 yaşlı Kayl Görsdorfun illik 2.6 milyon sterlinq gəliri var. ABŞ-ın Pensilvaniya ştatında yaşayan Kaylın planı pulunu yığmaqdır. 6 yaşlı Everlayt Rous Soutasın gəliri isə 1.8 milyon sterlinqdir.

Balaca qız İnstaqram hesabından rəqslərini və modellik etdiyi şəkilləri paylaşır. 16 yaşlı Sofiya Qreys Brounlinin gəliri 1.4 milyon sterlinqdir.

4 yaşında kazandıkları para dudak uçuklattı

Müğənni və bloger olan Sofiya və kuzeni 2011-ci ildə Niki Minajın mahnısını oxuduqları videolarla çöhrət qazanıb. 4 yaşlı əkizlər Mila ilə Emma Staffer isə 960 min sterlinq gəlir əldə edib. Bu əkizlərin videolarını ana və ataları paylaşıb və onlar böyük markalarla işləyirlər. Bu, geyim, oyuncaq, uşaq aksesuarları və uşaqlara dair məhsullar istehsal edən bir çox firmalardır.

4 yaşında kazandıkları para dudak uçuklattı

Taytum ilə Okli Fişer adlı əkizlərin gəliri 880 min sterlinqdir. Əkizlər əsasən geyindikləri paltarları paylaşır. 14 yaşlı Kayl Ceksonun gəliri 720 min sterlinqdir. Virtual aktrisa olan Kayl keçən il ən gənc professional Fortine oyunçusu idi.

8 yaşlı Ava Mariya və Li Rous adlı əkizlərin gəliri 610 min sterlinqdir. Əkizlərin məşhur olmasında analarının paylaşdığı videoların böyük payı var. 12 yaşlı Kevin Maqnusun gəliri 430 min sterlinqdir. 15 yaşlı Benji Devid Fişin gəliri 420 min sterlinqdir.