Bu sözlər Kamran Həsənlinin başına dərd olacaq: Rusiyadakı azərbaycanlılar... - VİDEO
Aparıcı Kamran Həsənli başını dərdə salacaq sözlərə yol verib.
Minval.info xəbər verir ki, “Onda başladıq” verilişində telejurnalist növbəti dəfə bayağı musiqi mövzusunda söhbət açıb.
Xatırladaq ki, bununla proqramda növbəti dəfə eyni mövzu ətrafında fikir mübadiləsi aparılır. Görünür, Kamran Həsənli bayağı musiqini özünə əməlli-başlı dərd edib. Baxmayaraq ki, ötən dəfə proqrama dəvət etdiyi müğənnilərdən biri ilə arasında sözügedən mövzu ilə bağlı gərginlik yaşanıb.
Bu gün isə aparıcı bayağı musiqiçi hesab etdiyi müğənnilərin Rusiyada konsert verməsindən danışarkən qalmaqallı sözlər deyib.
O bildirib ki, qonşu ölkədə də bu cür ifaçıların elə özü kimi dinləyici kütləsi olur.
Kamran Həsənli bir az da irəli gedərək onların təfəkkür, düşüncə, zövq problemi olduğunu dilə gətirib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir