Bu şəxsləri 500 manat cərimə gözləyir — YENİ QANUN
Notariat sənədlərin dövlət notariat arxivinə təhvil verməyənlər cərimələnəcək.
“Ölkə.Az” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub. Bununla bağlı olaraq Məcəllənin 391-ci maddəsinə dəyişiklik təklif olunub. “Maddə 391-1: “Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsi”.
Fəaliyyətinə xitam verilmiş xüsusi notarius tərəfindən aparılmış notariat hərəkətləri barədə sənədlərin bir ay müddətində dövlət notariat arxivinə təhvil verilməməsinə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir”.
Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səs verilərək qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın HAVASI
İcra Hakimiyyətində yeni təyinat
Akif Çovdarovun müsadirə olunmuş əmlakları geri qaytarıldı - Siyahı
Bu şəhər və rayonlarda koronavirusla bağlı xüsusi monitorinq qrupu yaradılıb
Deputat internetlə bağlı problemdən danışdı