Bu ərazilərə hələ də su verilməyib - Siyahı
Bakıda su verilməyən ərazilərin adları açıqlanıb.
Minval.info xəbər verir ki, bu barədə qafqazinfo-ya “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O qeyd edib ki, hazırda Xocahəsən və Sulutəpənin bir hissəsi, Xətai rayonunun Köhnə Günəşli qəsəbəsinin bir hissəsi, Zabratda Ruhulla Axundov, Tramvay küçələri, Sabunçu qəsəbəsi, Balaxanı, Şüvəlan və Mərdəkanın bir hissəsində hələ də şəbəkədə təzyiqdə problem var:
“Dünən axşam anbara 80 faiz ehtiyat su toplamışdıq. Onun hamısını şəbəkəyə verdik və bir çox problemli əraziləri su ilə təmin etdik. İndi anbarlar dolduqca yenə də əhalini su ilə təmin edəcəyik. Sadəcə yay aylarıdır deyə abonentlərin su sərfiyyatl artıb. Su təchizatında sabitlik təmin olunub, şəhərin mərkəzi əraziləri 24 saat su ilə təmin edilir, hələ də yaşanan lokal problemləri yaxın günlərdə həll edəcəyik. Əsas hədəfimiz şəbəkədə stabil təzyiqi saxlamaq və maksimum həcmdə anbar ehtiyatları toplamaqdır. Hazırda əməkdaşlarımız da su almayan ərazilərdədir, hər bir siyirtmə tənzimlənir ki, su olmayan və ya zəif olan ərazilərə su çatdırılsın”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"