Bu qurumlar maşınlarını satır - QİYMƏT
Bir neçə dövlət qurumu istifadəsiz qalan avtomobillərini hərraca çıxarıb.
Minval.info Axar.az-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu məqsədlə 30 iyul tarixində avtomobil hərracı təşkil edəcək.
Auksiona ümumilikdə 8 avtomobil təqdim edilib. Onlardan 5-i Ədliyyə Nazirliyinə, 2-si Əmlak Məsələləri Dövlət Komitəsinə, biri isə Baş Prokurorluğa məxsusdur.
Hərracda ən yüksək qiymətə təqdim edilən avtomobil Ədliyyə Nazirliyinindir. Nazirliyin satışa çıxardığı “Nissan Maksima” markalı avtomobil üçün müəyyən edilən ilkin satış qiyməti 8000 manatdır.
İkinci ən yüksək qiymətə təqdim edilən avtomobil Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus eyni markalı (“Nissan Maksima”) nəqliyyat vasitəsidir – ilkin satış qiyməti 7000 manatdır.
Hərraca ən ucuz avtomobili də Ədliyyə Nazirliyi çıxarıb. Belə ki, nazirliyin təqdim etdiyi QAZ-31105-120 markalı nəqliyyat vasitəsi 3000 manata satılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BDU-nun müəllimi oğlunu işə düzəltmək üçün 50 min rüşvət verib - TƏFƏRRÜAT
“Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalayacaq”
Bakıda bu ərazilərdə hava daha çox çirklənməyə məruz qalır - SİYAHI
Nadir Qafarzadə: “Kaş ki, bu qədər pozğun insanı tanımasaydım...”
Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var
Cəlilabadda kütləvi dava olub, 40 yaşlı kişi döyülüb
"İşğal olunmuş Azərbaycan ərazilərində terrorçu qruplar yaradılır"